AZ

Rasim Balayevin yerinə kim seçiləcək?

"Vida mərasimində iştirak etmişəm. Oraya gəldim, jurnalistlər üstümə tökülüşdü. Az qaldı Rasim Balayev yaddan çıxsın. Hərəyə də bir cümlə dedim ki, o, bir ustad olmaqla yanaşı, həm də böyük şəxsiyyət idi. Rasim Balayev axirət dünyasını zənginləşdirməyə getdi".

Publika.az xəbər verir ki, bunu Yeni Sabah-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

O, R.Balayevin yasında iştirak edə bilməsə də, mərhumun məzarını ziyarətə getdiyini bildirib:

"Açığı yas yerinə getmədim. Ona görə ki, hamı üstümə gəlir və daxilən əsəbiləşirəm. Böyük bir dostumu itirmişəm. Onun günahına görə itirmişəm, özümün yox. İki gün əvvəl səhər tezdən getdim Birinci Fəxri xiyabana, qəbrini tapdım. Düz 20 dəqiqə oturub onunla dərdləşib, söhbətləşdim. Səhvlərimizi və düzlərimizi ona deyib gəldim".

Kinorejissor Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni sədrin R.Balayevin 40-ı çıxandan sonra seçiləcəyini deyib:

Seçilən
0
7
publika.az

9Mənbələr