AZ

COVID-in daha təhlükəli variantı YAYILDI – Azərbaycanda yoluxan var?

Koronavirusun növlərindən biri olan BA.3.2-yə (CICADA) yoluxma dünya üzrə 20-dən çox ölkədə aşkar edilib. Ümumdünya Səhiyyə Nazirliyinin məlumatına görə, bu ştamma Afrika, Avropa və Amerikada yoluxma artmaqdadır.

Bəs ölkəmizdə yeni varianta yoluxma qeydə alınıb?

Səhiyyə Nazirliyi Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda qeyd edilən infeksiya aşkar olunmayıb.

Onu da qeyd edək ki, bu variant ilk dəfə 2024-cü ilin noyabr ayında Cənubi Afrikada yayılmağa başlayıb. Bu növ uzun müddət səssiz qalıb daha sonra sürətlə yayılmağa başlayıb.

BA.3.2 (CICADA) simptomları hansılardır?

BA.3.2 (CICADA) adlı yeni COVID variantının simptomları əvvəlki Omikron variantına bənzəyir. Xüsusilə, boğaz ağrısı ilə özünü göstərən CICADA başlanğıcda asimptomatik ola bilər, yəni heç bir əlamət görünməyə bilər.

COVID-19-un bu yeni variantının əsas simptomları bunlardır:

Güclü boğaz ağrısı, burun axması, burun tutulması, quru öskürək, qızdırma və üşütmə, yorğunluq, əzələ və oynaq ağrıları, baş ağrısı, dad və qoxu itkisi (bəzi hallarda), yüngül nəfəs darlığı, mədə-bağırsaq problemləri (ürəkbulanma, ishal və s.)

Seçilən
14
2
turkustan.az

3Mənbələr