AZ

İdolunun formasından dünya çempionatına FOTO/VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Bosniya və Herseqovina millisini DÇ-2026-ya yüksəldən həlledici penaltini qol edən Esmir Bayraktareviçin illər əvvəl çəkilmiş görüntüləri sosial şəbəkələrdə gündəm olub.

İdman.Biz xəbər verir ki, gənc ulduzun 16 il əvvəlki halı onun xəyallarının necə gerçəkləşdiyini nümayiş etdirib.

Futbolçunun hələ beş yaşında olarkən futbol əfsanəsi Edin Cekonun formasında top qovduğu anın fotosu yayılıb. Həmin vaxt sadəcə bir azarkeş olan balaca Esmirin illər sonra idolunun yolunu davam etdirərək ölkəsini dünya çempionatına aparması “nağıl kimi sonluq” adlandırılıb.

Pley-off matçında soyuqqanlılığı ilə seçilən Bayraktareviç vurduğu qolla Bosniya və Herseqovinanın qəhrəmanına çevrilib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
icma.az

1Mənbələr