AZ

Bakı metrosuna YENİ qatarlar alınacaq

"Hazırda Bakı metropolitenində 3-cü nəslə aid 36, eləcə də yeni - 4-cü nəslə məxsus daha 36 qatar tərkibi istismar olunur".

Far.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qeyd olunub ki, 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası ilə əlaqədar hazırda yeni qatarların alınması istiqamətində tədbirlər görülür:

"Dövlət Proqramına uyğun olaraq, yeni vaqonların alınması ilə bağlı tender elan olunduqdan sonra qalib tərəflə müqavilə imzalanaraq istehsal prosesinə başlanılacaq. Bununla əlaqədar yeniliklər olduğu təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Seçilən
2
5
far.az

7Mənbələr