AZ

OPEC+ neft hasilatının artırılmasını müzakirə etməyə hazırlaşır

Bakı, 2 aprel, AZƏRTAC

OPEC+ ölkələri aprelin 5-də keçiriləcək iclasda yeni hasilat artımını nəzərdən keçirəcəklər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, iclasda may ayı üzrə istehsal kvotalarının müəyyən edilməsi gözlənilir. Həmçinin Hörmüz boğazının yenidən açılması ilə bağlı hələlik heç bir əlamət olmasa da, OPEC+ ölkələri kağız üzərində istehsalı artırmaq qərarına gələrək tankerlərin daşınmaları bərpa edəcəyi təqdirdə tədarükü tez bir zamanda artırmağa hazır olduğunu göstərəcək. Bu addım əsas istehsalçıları dünyanın ən vacib neft marşrutu olan Hörmüz boğazının potensial yenidən açılmasına hazırlamaq məqsədi daşıyır.

Aprelin 5-də OPEC-in Birgə Nazirlər Monitorinq Komitəsinin iclasının keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman rəsmiləri 2025-ci il noyabrın 30-da keçirilən videokonfrans formatında görüşdə neft hasilatına könüllü düzəlişlər edilməsi ilə bağlı razılığa gəliblər. Bu il yanvarın 4-dəki görüşdə noyabrda qəbul edilmiş qərara sadiq qalınması və neft hasilatının sabit saxlanılması barədə razılıq əldə olunub.

OPEC+ ölkələrinin nüamyəndələrinin martın 1-də videokonfrans formatında baş tutan görüşündə sabit qlobal iqtisadi perspektivlər və mövcud sağlam bazar fundamentalları nəzərə alınmaqla, 2023-cü ilin aprel ayında razılığa gəlinən istehsalın gündəlik 1,65 milyon barelinin azaldılmasına dair könüllü düzəlişləri bərpa etmək barədə qərar verib və aprel ayında sutkalıq neft hasilatın 206 min barel artırılması ilə bağlı razılıq əldə ediblər. Qərar aprelin 1-dən qüvvəyə minib.

Seçilən
22
2
azertag.az

3Mənbələr