ain.az, Sia Az portalına istinadən məlumat verir.
Tehran iddia edir ki, strateji hərbi istehsal başqa yerdə yerləşdiyindən, amerikalılar tərəfindən əvvəllər hücuma məruz qalan hədəflər az əhəmiyyət kəsb edir.
İran ordusu iddia edir ki, ölkənin ABŞ və İsrailin daxil ola bilmədiyi gizli silah və sursat anbarları var. Bild-in məlumatına görə, bu, 2 apreldə İran Silahlı Qüvvələrinin sözçüsü İbrahim Zülfəqari tərəfindən açıqlanıb.
Onun sözlərinə görə, strateji hərbi istehsalın başqa yerdə yerləşdiyindən, Amerika və İsrail qüvvələri tərəfindən əvvəllər hücuma məruz qalan hədəflər az əhəmiyyət kəsb edir.
Bəyanat ABŞ prezidenti Donald Trampın İranda Amerika ordusunun "inandırıcı qələbəsi" və əməliyyatın tezliklə başa çata biləcəyi ilə bağlı fikirlərinə cavab olaraq verilib.
Tehran son həftələrdəki zərbələrə baxmayaraq, hərbi potensialının tamamilə məhv edilmədiyini vurğulayır.
Əməliyyatın başlanğıcından bəri ABŞ və İsrail İrana minlərlə zərbə endirib, o cümlədən hərbi bazalara, buraxılış qurğularına və silah anbarlarına zərbələr endiriblər.
Daha əvvəl bildirilirdi ki, ABŞ təxminən bir ay davam edən hərbi əməliyyatlardan sonra İranın raket arsenalının təxminən üçdə birini məhv etdiyini inamla iddia edə bilər.
VƏLİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.