AZ

İran ordusu İsrailə növbəti zərbələr endirdi: 90 cı DALĞA VİDEO

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

İran ordusu İsrailin hərbi hədəflərinə növbəti zərbələr endirib.

Oxu.Az xəbər verir ki, bu barədə İran dövlət televiziyası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinə istinadən məlumat yayıb.

"İsrail ordusunun cəmləşdiyi ərazilərə doğru "Əsl vəd-4" əməliyyatının 90-cı dalğasının ikinci mərhələsi həyata keçirilib", - deyə SEPAH-dan bildirilib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
oxu.az

2Mənbələr