AZ

Azərbaycanda AZIPS vasitəsilə aparılmış əməliyyatların həcmi artıb

Bakı.Trend:

Bu ilin fevral ayında Azərbaycanda Real Vaxt RejimindəHesablaşmalar Sistemi (AZIPS) vasitəsilə aparılmış əməliyyatlarınümumi həcmi 77,4 milyard manatı, say baxımından isə 181,9 min ədədiötüb.

Trend bu barədəAzərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə busistemdə həyata keçirilən əməliyyatların həcmi 35,33 milyard manatvə ya 3%-dən çox, sayı isə 12,9 min ədəd və ya 7,6% artıb.

Ötən ilin fevral ayında AZİPS vasitəsilə həyata keçirilənəməliyyatların həcmi 42,07 milyard manat, sayı isə 169 min ədədiötmüşdü.

Qeyd edək ki, fevral ayına olan vəziyyətə görə Azərbaycanda banksistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödənişkartlarının sayı öncəki ayla müqayisədə 191 min ədəd artıb vəümumilikdə 22 milyon 347 min ədəd təşkil edib. 2025-ci ilin müvafiqdövrü ilə müqayisədə isə bu göstərici 10 faiz artıb.

Seçilən
15
1
az.trend.az

2Mənbələr