AZ

Bu ölkə yanacaq qiymətlərinin artması səbəbindən əlavə 1,5 milyon avro tələb edəcək

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Litva Daxili İşlər Nazirliyi yanacaq qiymətlərinin artması səbəbindən bu il əlavə 1,5 milyon avro toplamalı olacaq.

Redaktor.az xəbər verir ki, bunu daxili işlər naziri Vladislav Kondratoviç jurnalistlərə bildirib.

Nazir qeyd edib:

"Bizim hesablamalarımıza görə, əgər cari qiymətlər dəyişməz qalarsa, ilin sonuna qədər kəsir 1,5 milyon avro təşkil edəcək. Biz daxili ehtiyatlar axtarırıq".

O əlavə edib ki, bu dövlət üçün böyük məbləğ deyil, lakin sistemdəki qurumlar üçün olduqca əhəmiyyətlidir. Nazir vurğulayıb ki, Daxili İşlər Nazirliyi hökumətlə fəal əlaqə saxlayır və ilin ikinci yarısı üçün büdcədə əlavə maliyyələşdirmə gözləyir.

Qeyd edək ki, son bir ay ərzində Litvada dizel yanacağının qiyməti 30%, benzinin qiyməti isə 18% artıb.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
redaktor.az

2Mənbələr