AZ

"Yuventus"un vingeri İngiltərə yolunda

Portuqaliya millisinin və "Yuventus"un vingeri Fransişku Konseysau karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, onun xidmətində "Liverpul" maraqlıdır. 

Mersisayd klubu 23 yaşlı futbolçunu cari "futbol ili"nin sonunda komandadan ayrılacağı dəqiqləşən Məhəmməd Salahın yerinə gətirmək istəyir.

Xatırladaq ki, mövsümün əvvəlində Turin təmsilçisinə keçən Fransişku Konseysau 34 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Seçilən
24
fanat.az

1Mənbələr