AZ

Nizami metrosunun yaxınlığında yol çökdü FOTO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın mərkəzi ərazilərindən birində yol infrastrukturu ilə bağlı ciddi problem yaranıb.

Avtosfer.az xəbər verir ki, Nizami metrosundan yuxarı hissədə, Cəfər Cabbarlı küçəsinin yaxınlığında yerləşən məhəllədaxili yolda çökmə baş verib.

Ərazidə çəkilən görüntülərdən də aydın olur ki, son günlər yağan aramsız yağışlardan sonra yolun bir hissəsi tamamilə dağılıb, asfalt örtüyü yararsız hala düşüb. Nəticədə həm piyadaların, həm də avtomobillərin hərəkəti xeyli çətinləşib.

Sakinlərin sözlərinə görə, sözügedən küçə məhəllədaxili olsa da, gündəlik çoxlu sayda avtomobil bu yoldan istifadə edir. Bu isə çökmüş hissədə qəza riskini daha da artırır.

“Yağışdan sonra vəziyyət lap pisləşdi. Yol demək olar ki, yararsızdır. Maşınla keçmək təhlükəlidir, piyadalar üçün isə ümumiyyətlə risklidir”, - deyə ərazi sakinlərindən biri bildirib.

Sakinlər yaranmış problemin qısa müddətdə aradan qaldırılmasını və ərazidə təmir işlərinin aparılmasını tələb edirlər. Yolun çökən hissəsi doldurulsa da, sakinlər yağış yağdıqdan sonra yolun yenidən çökməsindən ehtiyat edirlər. Buna görə də ərazidə yaşayan insanlar yolun əsaslı təmirini istəyirlər./sfera.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
avtosfer.az

1Mənbələr