AZ

Azərbaycana avtomobil idxalı kəskin azaldı

Bu ilin yanvar-fevral aylarında Azərbaycana ümumilikdə 267,3 milyon dollar dəyərində 11 933 ədəd avtomobil idxal olunub.

NOCOMMENT.az-ın məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 4 825 ədəd azdır.

Bu dövrdə avtomobil idxalına çəkilən xərc isə ötən ilin eyni ayları ilə müqayisədə 7,4% azdır.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 288,9 milyon dollar dəyərində 16 758 ədəd avtomobil idxal edib.

Seçilən
59
nocomment.az

1Mənbələr