Yer kürəsini zərərli ultrabənövşəyi şüalardan qoruyan ozon qatının tədricən bərpa olunduğu açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, yeni elmi araşdırmalara əsasən, ozon qatının 2044–2060-cı illər arasında tam şəkildə bərpa olunacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Ozon qatının qorunması ilə bağlı ən mühüm addımlardan biri 1987-ci ildə qəbul edilən Monreal Protokolu hesab olunur. Bu sənəd çərçivəsində ozon qatına zərər verən kimyəvi maddələrin istifadəsi mərhələli şəkildə azaldılıb və bir çox ölkələr bu öhdəliklərə riayət edir./modern.az /