AZ

Hindistan futbolunda yaş qalmaqalı: 16 yox, 21 yaşındaymış

Hindistan Liqasında dünya futbolunda nadir rast gəlinən maraqlı və bir o qədər də təəccüblü yaş fırıldağının üstü açılıb.

Fanat.Az xəbər verir ki, 2018-ci ilin oktyabrında Qourav Mukhi cəmi 16 yaşında qol vuraraq Hindistan Liqa tarixinin ən gənc qolçusu kimi gündəmə gəlmişdi.

Lakin bu rekordun sevinci uzun çəkməyib; hadisədən iki ay sonra futbolçunun yaşı ilə bağlı yalan danışdığı üzə çıxıb.

Məlum olub ki, özünü yeniyetmə kimi təqdim edən Mukhinin əslində 21 yaşı var. Bu ciddi saxtakarlığa görə futbolçu dərhal 6 aylıq diskvalifikasiya edilib.

Xarici görünüşü ilə heç də 16 yaşlıya bənzəməyən futbolçunun bu vaxta qədər necə fərq edilməməsi isə sosial mediada böyük müzakirələrə səbəb olub.

Seçilən
6
1
fanat.az

2Mənbələr