AZ

Günəşə doğru hərəkət edən komet sürətlə parçalanacaq

Bakı. Trend:

C/2026 A1 (MAPS) kometi Günəşə doğru hərəkətinə davam edir. Sonmüşahidələrə əsasən, Günəşə yaxınlaşdıqca MAPS kometininparlaqlığı, sürəti və aktivliyi artır.

Trend xəbərverir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsininAstrofizika kafedrası məlumat yayıb.

Bildirilir ki, hazırda komet Günəşdən təxminən 40 milyon kmməsafədədir və 80 km/saniyə sürətlə hərəkət edir. Yaxın günlərdəkometin sürətinin artaraq 100 km/saniyəni, Günəşə ən yaxın nöqtədəisə təxminən 300 km/saniyəni keçəcəyi gözlənilir:

“Komet artıq güclü Günəş şüalanmasına tab gətirə bilmir vəparçalanma mərhələsinə daxil olub. Bu prosesin pik nöqtəsi 2–4aprel tarixlərinə təsadüf edə bilər. Bu zaman komet Günəşin tacınayaxınlaşaraq sürətlə dağılacaq. Bu, qısamüddətli parlaqlıq artımıyarada bilər”.

Komet nüvəsinin müşahidəsi çətin olsa da, onun uzun və parlaqquyruğunun Günəş batdığı ərəfələrdə qısamüddətli görünməsi ehtimalolunur. Aprelin 2-dən etibarən kometin SOHO aparatının LASCOcihazlarında görünməsi gözlənilir ki, bu da onun son vəziyyətinidaha dəqiq izləməyə imkan verəcək. Hazırkı qiymətləndirmələrə görə,kometin bütöv şəkildə Günəşə çatma ehtimalı çox aşağıdır və onunyaxın günlərdə tamamilə parçalanacağı gözlənilir. C/2026 A1 kometiGünəşə yaxınlaşaraq məhv olmağa doğru gedən nadir səmahadisələrindən biridir.

Seçilən
3
10
az.trend.az

10Mənbələr