AZ

Makron Trampın NATO ilə bağlı bəyanatlarını tənqid edib

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı fikirlərini tənqid edib.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, Makron Seulda jurnalistlərə açıqlamasında deyib:

"Əgər biz hər gün öz öhdəliklərimizlə bağlı şübhə yaradacağıqsa, razılaşmaları (NATO çərçivəsində - red.) mahiyyətindən məhrum edəcəyik".

O həmçinin qeyd edib ki, ABŞ hakimiyyəti hər gün ziddiyyətli mesajlar verir:

"Biz bunu edəcəyik və ya onu etməyəcəyik". Makronun sözlərinə görə, müttəfiqlər imzalanmış sazişlərin şərtlərini yerinə yetirməli və lazım gələrsə, tərəfdaşlara yardım göstərməlidirlər.

Makron əlavə edib ki, Vaşinqtonda sabitliyə, sülh və əmin-amanlığa qayıdış üçün real addımlar atmaq əvəzinə həddən artıq çox danışırlar.

"Bu, tamaşa deyil - söhbət müharibə və sülhdən, insanların həyatından və ölkələrin iqtisadiyyatından gedir. Ciddi davranmaq lazımdır", - Fransa lideri vurğulayıb.

Seçilən
16
5
missiya.az

7Mənbələr