AZ

Azərbaycanda XÖHKS vasitəsilə aparılmış əməliyyatların həcmi açıqlanıb

Bakı. Trend:

2026‑cı ilin fevral ayında Azərbaycanda Xırda Ödənişlər üzrəHesablaşma Klirinq Sistemi (XÖHKS) vasitəsilə aparılmışəməliyyatların həcmi 3,825 milyard manat, sayı isə 7,822 milyonədəd təşkil edib.

Bu barədə TrendAzərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Ötən ilin fevral ayı ilə müqayisədə XÖHKS vasitəsilə aparılmışəməliyyatların həcmi 211 milyon manat və ya 3,8 faiz artıb,əməliyyatların sayı isə 5,587 milyon ədəd və ya 41,7 faiz azalıb.Bu dövrdə 2025‑ci ilin fevral ayında əməliyyatların həcmi 3,614milyard manat, sayı isə 13,409 milyon ədəd olub.

Qeyd edək ki, fevral ayına olan vəziyyətə görə Azərbaycanda banksistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödənişkartlarının sayı öncəki ayla müqayisədə 191 min ədəd artıb vəümumilikdə 22 milyon 347 min ədəd təşkil edib. 2025-ci ilin müvafiqdövrü ilə müqayisədə isə bu göstərici 10 faiz artıb.

Seçilən
32
41
az.trend.az

10Mənbələr