AZ

Azərbaycanda fevral ayında "MasterCard" vasitəsilə aparılan əməliyyatların həcmi açıqlandı

Bakı. Trend:

Cari ilin fevral ayının sonuna olan məlumata görə, Azərbaycanınrezident maliyyə institutları tərəfindən buraxılmış "MasterCard"ödəniş kartları (statistik vahidlərin ödəniş kartları daxilolmaqla) vasitəsilə ümumilikdə 74,694 milyon əməliyyat həyatakeçirilib və əməliyyatların ümumi məbləği 4,444 milyard manattəşkil edib.

Bu barədə Trend Azərbaycan MərkəziBankına istinadən məlumat verir.

Məlumata əsasən, ötən ilin fevral ayı ilə müqayisədəəməliyyatların sayı 8,355 milyon (12,6 faiz) artıb, əməliyyatlarınməbləği isə 246 milyon manat (5,2 faiz) azalıb.

Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindənburaxılmış "MasterCard" kartları üzrə əməliyyatların sayı 487 min,əməliyyatların məbləği isə 49,9 milyon manat təşkil edib.

Qeyd edək ki, rezident kartlarla əməliyyatlar dedikdəAzərbaycanda fəaliyyət göstərən bank və maliyyə təşkilatlarıtərəfindən buraxılmış kartlardan istifadə edilməklə həyatakeçirilən bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezidentkartlarla əməliyyatlar isə ölkə ərazisində xarici maliyyəinstitutları tərəfindən buraxılmış kartlardan istifadə edilməkləaparılan tranzaksiyalardır.

Məqalədə:
Seçilən
2
20
az.trend.az

10Mənbələr