İran ordusu İordaniyadakı Əl-Əzraq bazasında yerləşdirilmiş ABŞ qırıcılarının olduğu yerə pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini bəyan edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
"Bu günün ilk saatlarında İordaniyanın Əl-Əzraq bazasında ABŞ-nin terrorçu ordusuna məxsus müasir qırıcıların yerləşdiyi əraziyə pilotsuz uçuş aparatları ilə zərbələr endirdik", - deyə məlumatda bildirilir.