AZ

"İranın İsrail və ABŞ-yə qalib gəlməsi mümkün görünmür" - Deputat

"Amerika Birləşmiş Ştatları-İsrail və İran arasında baş tutan müharibə müasir hərbi texnologiyaların tətbiqi baxımından ən yeni müharibə formalarından biridir. Hazırda bu münaqişə daha çox hava hücumları və hava hərbi vasitələri ilə həyata keçirilir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu İran mətbuatının müharibənin ABŞ və İsrailin təslim olacağı vaxta qədər davam edəcəyi barədə xəbərlərindən danışarkən bildirdi.

"İnformasiya qıtlığı səbəbindən tərəflərin real itkilərini müəyyənləşdirmək çətinlik yaradır ki, bu qeyri-müəyyənlik də informasiya və psixoloji müharibənin miqyasını genişləndirir. Hər bir tərəf hadisələri və mövcud vəziyyəti manipulyasiya edərək psixoloji üstünlük əldə etməyə çalışır. Lakin tərəflərin real hərbi gücü nəzərə alındıqda, İranın İsrail və ABŞ-yə qalib gəlməsi mümkün görünmür. Əksinə, İranın hərbi sistemlərinin və hərbi sənayesinin daxildən sürətlə çökdürüldüyü təəssüratı yaranır. Belə bir vəziyyətdə, real hərbi üstünlük qarşısında informasiya müharibəsinin təsir imkanları da qaçılmaz olaraq iflasa uğrayacaq. Bu baxımdan, "Mehr" agentliyinin müharibənin ABŞ və İsrailin təslim olacağı vaxta qədər davam edəcəyi barədə iddiası reallığı əks etdirmir. Bu cür emosional yanaşmalar daha çox İranın resurslarının tükəndiyinin göstəricisi kimi qəbul edilməlidir", - deyə o vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
171
redaktor.az

1Mənbələr