AZ

200 rus Buşəhr AES-dən təxliyə olunur – Onlar bu şər yuvasını tam tərk etməyəcəklər

“Rosatom”un rəhbəri bildirib ki, təxliyədən sonra İrandakı Buşəhr Atom Elektrik Stansiyasında yalnız könüllülər, o cümlədən təhlükəsizlik işçiləri qalacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Aleksey Lixaçev stansiya ətrafındakı vəziyyətin gərgin olaraq qaldığını bildirib: "Buşəhrdə vəziyyət sakitləşmir. Düşərgədən yüzlərlə metr aralıda partlayışlar qeydə alırıq. 700-900 metr. Münaqişənin şiddətləndiyi aydındır. Əlbəttə ki, bütün bunlar çox narahatedicidir".

Onun sözlərinə görə, “Rosatom” bu həftə "son güclü təxliyə dalğası" hazırlayır.

“Buşəhr stansiyasını 200-dən çox insanın tərk etməsi gözlənilir. Və inanıram ki, 50-yə qədər insan bu fasiləni təmin edə və tikinti texnikasının işini, tikinti düşərgəsinin fəaliyyətini və şəraiti təmin edə biləcək. Biz stansiyanı tamamilə tərk etməyəcəyik", - Lixaçev bildirib.

Dövlət korporasiyasının rəhbəri aydınlıq gətirib ki, personalın əksəriyyəti təxliyə edildikdən sonra təhlükəsizlik bölməsinin işçiləri də daxil olmaqla, yalnız könüllülər orada qalacaq, çünki nüvə obyektləri tamamilə gözardı edilə bilməz.

18 martda “Rosatom” İrandakı Buşəhr AES-ə zərbə endirildiyini bildirib. Yerli hakimiyyət orqanları hücumu təsdiqləyib.

Maraqlıdır ki, fəal bombardmanın başlandığı 1 aydan artıq vaxtda rusiyalı mütəxəssislər Buşəhri tərk etdiklərini bildirirlər, amma hələ də təxliyyə olunuv qurtarmayıblar, üstəlik, tamamilə tərk etməyəcəklərini bildirirlər.

Musavat.com

 

Seçilən
37
25
musavat.com

10Mənbələr