AZ

Gəncədə cüdo üzrə kəmər dərəcələri üçün rəsmi imtahan keçirilib

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Gəncə İdman Sarayında kəmər dərəcələri üzrə daha bir rəsmi imtahan keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, ötən gün olduğu kimi imtahanda 120 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib.

İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bununla yanaşı, bu mərhələ gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

Qeyd edək ki, ötən gün də Gəncə İdman Sarayında kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Seçilən
0
28
90deqiqe.az

10Mənbələr