AZ

Maaş və pensiyalar bu qədər arta bilər

Azərbaycanda may və iyun aylarında dövlət büdcəsinə düzəliş və əlavələr etmək adi haldır. Büdcə düzəlişlərini nəzərdə tutan qanun layihəsi, çox güman ki, mayın sonu və ya iyunun əvvəlində parlamentə təqdim olunacaq.Metbuat.az Unikal.az-a istinadən xəıbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, müəyyən sosial xərclərin artırılması, eləcə də əmək haqqı və pensiyaların artırılması nəzərdə tutula bilər."Əvvəlki müzakirələrdə minimum əmək haqqının hər il artırılması təklif olunmuşdu. Bu il isə hələlik artırılmayıb. Buna görə də minimum əmək haqqının və minimum pensiyanın artırılması üçün qanunvericilik təşəbbüsləri mümkündür. Düşünürəm ki, ən azı 10-15% artım gözləyə bilərik", - deyə o qeyd edib.

Qeyd etmək lazımdır ki, 2026-cı il dövlət büdcəsində neftin qiyməti bir barel üçün 65 dollar nəzərdə tutulub. Azeri Light markalı xam neft hazırda bir barel üçün 100 dollardan çoxdur.

Seçilən
0
2
metbuat.az

3Mənbələr