Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Astana, 2 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 22–24 aprel tarixlərində Regional Ekoloji Sammit-2026 çərçivəsində Astanada keçiriləcək “RES 2026 EXPO” beynəlxalq sərgisinin rəsmi media tərəfdaşı olub.
AZƏRTAC xəbər verir ki, tərəfdaşlıq çərçivəsində agentlik sərginin əsas xəbərlərini, işgüzar proqramını və iştirakçıların təşəbbüslərini beynəlxalq səviyyədə işıqlandıracaq.
“RES 2026 EXPO” sərgisi tərəfdaşlıqların möhkəmləndirilməsi, təcrübə mübadiləsi və investisiyaların cəlb edilməsi üçün beynəlxalq platformadır. Sərgi Mərkəzi Asiyada dayanıqlı inkişaf üçün yeni imkanların formalaşdırılmasına yönəlib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.