Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş dünya birliyini Yaxın Şərqdə genişmiqyaslı müharibənin qlobal fəlakətə çevrilə biləcəyi barədə xəbərdar edib.
"Ölkə.az" xəbər verir ki, Baş katib hazırkı vəziyyəti “yeni qlobal müharibənin astanası” kimi xarakterizə edib.
O bildirib ki, Hörmüz boğazının bağlanması və artan gərginlik artıq bütün dünyada dramatik iqtisadi və siyasi nəticələr verməyə başlayıb.
Quterreş tərəflərə iki “sadə mesaj” ünvanlayıb. O, ABŞ və İsraili İrana qarşı hərbi hücumları mümkün qədər tez dayandırmağa, İranı isə qonşu ölkələrə qarşı hər hansı hücum aktlarından çəkinməyə çağırıb.
Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı “Daş dövrünə qaytaracaq” qədər sərt zərbələrin endiriləcəyini bəyan edib. Buna cavab olaraq İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari Vaşinqton və İsrail təslim olana qədər müharibəni davam etdirəcəklərini bildirib.(qafqazinfo)