AZ

Tramp Pem Bondini vəzifəsindən AZAD ETDİ

ABŞ Prezidenti Donald Tramp baş prokuror Pem Bondini vəzifəsindən azad edib.

Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Bondinin işdən çıxarılması onun bəzi istintaq proseslərindəki fəaliyyəti və Ceffri Epşteyn işi ilə bağlı sənədlərə yanaşmasının tənqid olunması fonunda baş verib.

"Reuters"in məlumatına görə, Tramp bildirib ki, Bondi özəl sektorda “mühüm vəzifəyə” keçəcək.
 

Qeyd olunur ki, bu, Trampın ikinci prezidentlik dövründə ikinci dəfə Nazirlər Kabineti üzvünü vəzifədən uzaqlaşdırmasıdır. O, daha əvvəl daxili təhlükəsizlik naziri Kristi Noemi də vəzifədən azad etmişdi.


Bildirilir ki, Bondinin vəzifəsini müvəqqəti olaraq onun müavini Todd Blanş icra edəcək.

Qeyd edək ki, Bondi 5 fevral 2025-ci ildən ABŞ-ın Baş prokuroru vəzifəsində çalışır. O, əvvəllər 2011-ci ildən 2019-cu ilə qədər Florida ştatının Baş prokuroru vəzifəsində çalışıb.

Bizim.Media

Seçilən
2
10
bizim.media

10Mənbələr