AZ

Dünyanın ilk robot stüardessası Dubayda təqdim olunub

 

Qatar Airways Dubayda süni intellektlə təchiz olunmuş dünyanın ilk humanoid stüardessasını nümayiş etdirib.

Robot stüardessa beynəlxalq turizm sərgisi olan Arabian Travel Market çərçivəsində təqdim olunub və ziyarətçilərin böyük marağına səbəb olub.

QHT.az xarici mediaya istinadən bildirir ki, Sama 2.0 adlı bu robot real vaxt rejimində sualları cavablandırır, sərnişinlərə səyahət planlaşdırmaqda kömək edir və aviaşirkətin fəaliyyəti ilə bağlı tez-tez verilən suallara aydınlıq gətirir.

Bundan əlavə, ziyarətçilər robotla QVerse platforması və mobil tətbiq vasitəsilə virtual şəkildə də ünsiyyət qura bilirlər.

Qeyd edək ki, “Arabian Travel Market” Yaxın Şərq regionunda turizm sahəsində ən böyük biznes sərgilərindən biridir. Tədbir hər il turizm şirkətlərinin nümayəndələrini, dövlət rəsmilərini, jurnalistləri və bloqerləri bir araya gətirir.

Zəhra Ağayeva

Seçilən
10
25
qht.az

10Mənbələr