AZ

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

Bakı. Trend:

Avropada reaktiv yanacağın qiyməti rekord səviyyəyə yüksələrəkbir ton üçün 1900 ABŞ dollarına çatıb.

Trend-inməlumatına görə, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, reaktiv yanacağın qiyməti cümə axşamıgünü rekord həddə yüksələrək bir tona 1900 dollar təşkil edib.

Məlumata əsasən, vəziyyət xüsusilə Böyük Britaniya üçün dahahəssasdır. Belə ki, təyyarə yanacağının bahalaşması səbəbindənHitrou hava limanında bəzi uçuşların ləğv edilməsinəbaşlanılıb.

Fransadakı hava limanları da risk qrupunda göstərilir. Bununlabelə, nəşrin məlumatına görə, digər Avropa ölkələrində bir neçəaylıq yanacaq ehtiyatı mövcuddur ki, bu da vəziyyətin qısamüddətlitəsirlərini qismən yumşalda bilər.

Seçilən
2
8
az.trend.az

9Mənbələr