AZ

Ən dadlı keks südlə, yoxsa qatıqla alınır?

Süd keks xəmirinə yüngüllük və qabarıqlıq qataraq yumşaq bir toxuma bəxş edir, lakin belə kekslər qısa müddət təzə qalır. Qatıq isə keksin nəmini uzun müddət qoruyur, ona daha sıx və yüngül turşməzə dad verir; xüsusilə meyvəli və ya şokoladlı kekslərdə özünü daha yaxşı göstərir. Nəticə etibarilə, süd yüngül və klassik kekslər, qatıq isə nəmli və xarakterik keklsər üçün daha uyğundur.

Milli.Az xəbər verir ki, süd keks xəmirini daha axıcı edərək onun bərabər şəkildə qabarılmasını təmin edir. Qatıq isə xəmirə dolğunluq qatır. Südlü kekslər adətən daha yüngül və sadə dadda olduğu halda, qatıqlı kekslər ləzzət baxımından daha zəngin və ətirlidir.

Süd keks xəmirinə nəmlik və yumşaqlıq qatır, xəmirin qatılığını tarazlayaraq daha axıcı bir struktur təmin edir. Südün tərkibindəki şəkər və protein keksin qızılı rəng almasına kömək edir. Südlü kekslər adətən daha yüngül və süngərvari olur. Lakin bəzi hallarda süd keksin uzun müddət təzə qalmasını məhdudlaşdıra bilər. Bu səbəbdən qısa müddətdə istehlak ediləcək kekslərdə südə üstünlük verilir.

Qatıq keksin toxumasını sıx və nəmli edir. Tərkibindəki asidik struktur qabartma tozu ilə reaksiyaya girərək keksin daha həcmli olmasına kömək edir. Qatıqlı kekslər intensiv ətirli və yumşaq olur. Bundan əlavə, qatıq keksin bir neçə gün ərzində nəmini itirməməsini təmin edir. Klassik südlü keksdən fərqli bir xarakter təqdim edən qatıq, uzunmüddətli təravət istəyənlər üçün ideal seçimdir.

Süd keksin dadını yumşaldır və inqrediyentlərin təbii ətirini ön plana çıxarır. Qatıq isə dada xarakterik bir zənginlik qatır. Qatıqlı kekslərdəki yüngül turşməzə dad xüsusilə meyvəli və ya şokoladlı reseptlərlə çox uyğundur. Südlü kekslər çay saatları üçün klassik bir seçimdirsə, qatıqlı kekslər daha dolğun və doyurucu bir ləzzət təqdim edir.

Süd sadə kekslərdə və süngərvari (pambıq kimi) kekslərdə ideal nəticə verir. Tez hazırlanan və yüngül keks istəyənlər üçün uyğundur.

Sıx teksturalı kekslər qat-qat hazırlanan reseptlər və ya meyvəli kekslər üçün daha yaxşıdır. Keksin uzun müddət yumşaq qalmasını istəyirsinizsə, qatığa üstünlük verməlisiniz.

Bəzi reseptlərdə süd və qatıq birlikdə istifadə olunur ki, bu da həm yüngüllük, həm də nəmliyi eyni anda təmin edir. Seçim tamamilə sizin əldə etmək istədiyiniz nəticədən asılıdır.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
21
2
milli.az

3Mənbələr