AZ

İsrail və ABŞ Kərəclə Tehranı birləşdirən körpünü vurub, 8 ölü, 95 yaralı var

Tehranın qərbində yerləşən Kərəc şəhərində tikilməkdə olan körpüyə endirilən zərbələr nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Bu barədə "Fars" agentliyi məlumat yayıb.

“Əlborz vilayətinin 8 sakini, o cümlədən ərazidən keçən sərnişinlər və onların ailə üzvləri həlak olub, 95 nəfər yaralanıb”, – deyə vilayət qubernatorunun müavini Qodratulla Seyf bildirib.

ABŞ prezidenti Donald Tramp hadisəyə münasibət bildirərək, “İranda ən böyük körpü artıq yoxdur və bundan sonra daha çox şey olacaq. İran gec olmadan razılaşma əldə etməlidir”, – deyə qeyd edib.

Seçilən
2
2
aznews.az

10Mənbələr