AZ

İqtisadçı: Ölkə üçün beyin köçü ən böyük itkilərdən biridir VİDEO

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son illər gənclərin xarici ölkələrə üz tutması narahat edəcək dərəcədə diqqət çəkir.

Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

"Gənclərə böyüklər yaxşı tərbiyə vermirlər, vətənpərvərlik hisləri yoxdur. Elə bil xaricdə bal tökülür, amma orada vəziyyət daha da pisdir. Bacaran burada da qazanar", - sakinlərdən biri deyib.

İqtisadçı: "Ölkə üçün beyin köçü ən böyük itkilərdən biridir" - VİDEO

Başqa bir sakin isə belə bildirib: "Azərbaycanda təhsil o qədər yaxşı deyil, ona görə də xaricə axın edirlər".

Ekspertlər hesab edirlər ki, gənclərin daha yaxşı həyat axtarışı, təhsil, iş və yüksək maaş kimi faktorlar onları ölkə xaricinə yönəldir.

İqtisadçı Xalid Kərimli isə qeyd edir ki, miqrasiya yalnız mənfi təsirlərə malik olmur, gənclər ölkəyə qayıdarlarsa, beynəlxalq təcrübə və müasir texnologiyaları gətirmiş olurlar: "Gəlməzlərsə, həmin ölkələrdə diasporun yaranmasında rol oynayırlar. Mənfi tərəfi isə insan kapitalının itirilməsidir. Çünki gənclərin təhsilinə və yetişdirilməsinə ailələr böyük vəsait xərcləyirlər. Ölkə üçün beyin köçü ən böyük itkilərdən biridir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
oxu.az

1Mənbələr