Xaçmazın tanınmış futbolçularından olmuş Füzuli Şeydayev vəfat edib.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Bildirilib ki, F.Şeydayev ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, o, həvəskarlar liqasında "Nabran" və "Xaçmaz" komandalarının heyətində çıxış edib.
