ain.az bildirir, Apa.az portalına istinadən.
Almaniyanın Ziqburq şəhərində dəmiryolu vağzalında təhlükə səbəbilə genişmiqyaslı polis əməliyyatı keçirilib.
Bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, bıçaqla hücum təhlükəsi ilə bağlı vağzaldan təxminən 500 sərnişin təxliyə olunub.Şübhəli şəxs 20 yaşlı Almaniya vətəndaşıdır və onun çantasında bıçaq olduğu bildirilir.
Polis məlumatına görə, şübhəli şəxs vağzalda tualetdə barrikada qurub. Daha sonra o saxlanılıb.
Hadisə zamanı qatarın bir vaqonunda partlayış baş verib. Araşdırma nəticəsində partlayan predmetin straykbol qumbarası olduğu müəyyən edilib.Hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.