Abş lideri Donald Tramp İranı bu ölkədə mülki infrastrukturun daha da məhv ediləcəyi ilə hədələyib.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki,
ABŞ prezidenti özünün “Truth” sosial şəbəkəsində xəbərdarlıq edərək bildirib:
“Növbədə körpülər, sonra elektrik stansiyalarıdır”.
Tramp xəbərdarlıq edib ki, ABŞ İranın mülki infrastrukturunu məhv etmək proqramına hələ başlamayıb:
“Yeni İran rejiminin liderləri nəyin edilməli olduğunu və bunun sürətlə edilməsinin vacibliyini bilirlər”.
D.Tramp Tehranı atəşkəs razılaşmasını qəbul etməyə çağırıb.
Aydın Baxış