AZ

ABŞ Müdafiə Nazirliyində “təmizləmə”: Hegset üç generalı vəzifədən azad edib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ Müdafiə Nazirliyinin köməkçisi Şon Parnell 41-ci Quru Qoşunları Baş Qərargah rəisi general Rendi Corcun dərhal istefasını elan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Parnell "X" sosial şəbəkəsində yazıb.

“General Rendi Corc dərhal vəzifəsini tərk edir… Nazirlik ona uzun illər xidmətinə görə təşəkkür edir və pensiyada rahat həyat arzulayır”, - deyə qeyd edib.

"Reuters" agentliyinin məlumatına görə, bu qərarı ABŞ Müdafiə Naziri Pit Hegset verib. Müdafiə qurumundakı mənbələr bildirirlər ki, bu addım Pentaqonun ali rəhbərliyində aparılan genişmiqyaslı “təmizliyin” bir hissəsidir.

Belə yüksək rütbəli generalın vəzifədən azad edilməsi aktiv hərbi əməliyyatlar zamanı nadir hallardan sayılır. Rəsmi səbəb açıqlanmasa da, Corcun hələ bir ildən çox səlahiyyəti qalmışdı.

Kadr dəyişiklikləri ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması və İrana qarşı əməliyyatlar fonunda baş verir. Əsas yük hazırda Dəniz və Hava Qüvvələrinin üzərindədir, lakin Quru Qoşunları hava hücumundan müdafiə sistemlərini təmin edir.

Bundan əlavə, 82-ci Hava-desant diviziyasının minlərlə hərbçisi artıq regiona çatıb ki, bu da mümkün quru əməliyyatlarına hazırlığın əlaməti ola bilər.

Corcun istefası ABŞ Müdafiə Nazirliyində baş verən genişmiqyaslı kadr dəyişiklikləri silsiləsini davam etdirir. Əvvəlcə Birləşmiş Baş Qərargah rəisi Çarls K. K. Braun və Dəniz və Hava Qüvvələrinin rəhbərləri vəzifələrini itirmişdi.

Hegsetlə Corc arasında açıq qarşıdurma olmadığı halda, istefa qəfil baş verib və ordunun ali rəhbərliyi yalnız məlumat açıqlananda xəbər tutub.

İraq və Əfqanistanda xidmət etmiş general Corc 2023-cü ildə ABŞ ordusuna rəhbərlik edib və xərclərin azaldılması və silahların modernləşdirilməsi məsələlərində əsas islahatçılardan sayılırdı.

"CBS News" xəbər verib ki, Hegset Quru Qoşunları Baş Qərargah rəisi Corcu dərhal pensiyaya çıxmağa çağırıb. Mənbələr bildirir ki, Pentaqon rəhbəri bu posta Tramp və Hegsetin ABŞ Quru Qoşunları ilə bağlı vizyonunu həyata keçirəcək şəxsi görmək istəyir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
icma.az

1Mənbələr