AZ

Türkiyə millisinə yeni himn bəstələyəcək

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Məşhur türkiyəli müğənni Sinan Akçıl Türkiyə milli komandası üçün himn bəstələyəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, sosial media hesabında paylaşdığı məlumatlarla yeni layihənin detallarını açıqlayıb.

Müğənni federasiya prezidenti ilə görüşdüyünü və milli komanda üçün xüsusi himn üzərində işlədiyini bildirib. Məşhur musiqiçinin Rivadakı Türkiyə Futbol Federasiyasının obyektlərini ziyarət edəcəyi açıqlaması isə layihənin rəsmi çərçivədə irəlilədiyinə işarə edib.

İzləyicilər Akçılın əvvəllər hit mahnılar bəstələdiyini xatırladaraq, yeni himnin üslubu haqqında fərziyyələr yürütməyə başlayıblar. Sənətçinin paylaşımı tezliklə trend olub və futbol azarkeşləri yeni himnin turnirlər zamanı istifadə olunub-olunmayacağını müzakirə etməyə başlayıb.

Layihə ilə bağlı daha ətraflı məlumatın yaxın günlərdə açıqlanacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
2
qafqazinfo.az

3Mənbələr