AZ

İndi də Bakı-Qazax yolu... -AYRILAN PULLAR HARA GEDİR?

Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır.

 

“BakuTV” bildirir ki, sürücülər də yaranan vəziyyətdən şikayətçidirlər.

 

“Bərbad vəziyyətdədir. Avtoqəzaların hamısı yolun vəziyyətinin nəticəsidir”, - sürücülərdən biri  bildirib.

 

Yararsız hala düşdükdən sonra yolun bəzi hissələrinə əlavə üzlük çəkilib. Bu səbəbdən də nəqliyyat vasitələri, demək olar ki, magistralın sağ hissəsindən istifadə etmirlər.

 

Xatırladaq ki, son günlər Masazırda Zəngilan şəhərciyi istiqamətində çəkilən asfaltın və Qaradağ rayonu Umbakı qəsəbəsindəki körpünün uçması da yol örtüyünün hansı keyfiyyətlə çəkilməsini sual altında qoyub.

 

Ətraflı “Baku TV”nin videomaterialında:



Seçilən
2
7
senzor.az

8Mənbələr