Qonşu ölkədə faciə-7 vaqon relsdən ÇIXDI
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, ölən yoxdur. Prokurorluq faktla bağlı araşdırmaya başlayıb, hadisənin səbəbləri müəyyənləşdirilir. Qəzanın nəticələrinin aradan qaldırılması və sərnişinlərin daşınması üçün xüsusi qatarlar istiqamətləndirilib. 