AZ

Pakistanda polis bölməsinə terror hücumu edildi - 5 nəfər öldü, 13 nəfər yaralandı

BAKI, 3 aprel. TELEQRAF

Pakistanın Bannu şəhərindəki "Domel" polis bölməsinə qarşı törədilən intiharçı terror aktı nəticəsində azı 5 mülki şəxs həlak olub, biri polis olmaqla 13 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Dawn" portalı məlumat yayıb.

Məlumata görə, partlayıcı yüklü avtomobilin polis bölməsinin arxa hissəsinə çırpılması güclü partlayışa və ardınca atışmaya səbəb olub.

Partlayışın təsirindən polis bölməsinin binasının bir hissəsi və mühafizə postu tamamilə dağılıb, yaxınlıqdakı evlərə ciddi ziyan dəyib. Çox sayda insanın dağıntılar altında qaldığı bildirilir.

Seçilən
31
2
teleqraf.com

3Mənbələr