AZ

Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!

Bakı. Trend:

Ölkənin aparıcı banklarından olan Xalq Bank əmanət yerləşdirənmüştərilər üçün stimullaşdırıcı “Əmanət” lotereyasına start verir.Şərtlərə əsasən, 1 aprel - 30 dekabr 2026-cı il tarixlərdə XalqBankın Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarında minimum500 AZN / 300 USD, digər regionlarda yerləşən filiallarda isəminimum 250 AZN / 150 USD məbləğində əmanət yerləşdirən müştərilərlotereyada iştirak etmək şansı əldə edirlər.

Lotereyada iştirak etmək üçün müştərilər Xalq Bankın “Müddətli”,“Proqress”,“VIP-Rantye”əmanət növləri üzrə depozit yerləşdirməlidirlər.

4 tirajdan ibarət olan lotereyada iştirakçıları 50 000 AZN dədaxil olmaqla müxtəlif məbləğlərdə pul mükafatları gözləyir. Dahageniş iştirak imkanını təmin etmək məqsədilə filiallar 5 qrup üzrəbölünüb:

1-ci qrup: Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallar

2-ci qrup: Gəncə, Qazax, Şəmkir, Tovuz, Mingəçevirfilialları

3-cü qrup: Zaqatala, İsmayıllı, Şamaxı, Şəki, Yevlaxfilialları

4-cü qrup: Xaçmaz, Şabran, Qusar, Quba, Siyəzən filialları

5-ci qrup: Neftçala, Cəlilabad, Lənkəran, Şirvan, Göyçayfilialları

Lotereya çərçivəsində ümumilikdə 227 qalibə pul mükafatı təqdimediləcək. Uduş fondu cəmi 452 500 AZN olmaqla, 2 ədəd 50 000 AZN,45 ədəd 5 000 AZN, 75 ədəd 1 000 AZN və 105 ədəd 500 AZN məbləğindəpul mükafatlarından ibarətdir.

1-ci, 2-ci və 3-cü tirajlarda hər filial qrupu üzrə ayrıqaliblər müəyyən ediləcək. 4-cü tirajda isə əsas mükafat üzrəqaliblər iki qrup üzrə müəyyən olunacaq: Bakı və Sumqayıtfilialları üzrə 1 qalib 50 000 AZN, region filialları üzrə isə 1qalib 50 000 AZN qazanacaq.

Tirajların keçirilmə tarixləri: 1-ci tiraj – 10 iyul 2026-cı il,2-ci tiraj – 12 oktyabr 2026-cı il, 3-cü və 4-cü tirajlar – 12yanvar 2027-ci il.

Müştərilər Xalq Bankda 3, 6, 12, 18, 24 ay müddətində sərfəlişərtlərlə əmanət yerləşdirərək AZN üzrə illik 10.5 %-dək, USD üzrə2.5 %-dək gəlir əldə edə bilərlər. Müxtəlif çeşidli əmanətməhsulları arasında faiz gəlirini aylıq və ya müddətin sonu təklifedən, əmanəti artırma və ya azaltma imkanları olan məhsullararasında seçim etmək mümkündür.

Lotereyaya qoşulmaq üçün XalqOnline mobil tətbiqinin“Lotereya” bölməsində iştirakı təsdiq etmək tələb olunur.

Şərtlər barədə ƏTRAFLI

Seçilən
27
7
az.trend.az

8Mənbələr