ADA Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbəsi Nübar Cəbrayıl dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan London İmperial Kollecinə qəbul olunub. Metbuat.az xəbər verir ki, kollec "QS World University Rankings" reytinqinə əsasən dünyanın ən yaxşı 2-ci ali məktəbi hesab olunur. Nübar Cəbrayıl Ətraf Mühit Texnologiyaları proqramı çərçivəsində Ətraf Mühit İqtisadiyyatı və Siyasəti ixtisası üzrə təklif alıb. Sözügedən proqram Imperial College London Faculty of Natural Sciences nəzdində fəaliyyət göstərir və Ətraf Mühit Siyasəti Mərkəzi tərəfindən təqdim olunur. Bu mərkəz 1977-ci ildən etibarən tədqiqat təsirinə görə Böyük Britaniyada ətraf mühit sahəsində qlobal liderlərdən biri sayılır.Bakı Oksford Məktəbinin məzunu olan Nübar Cəbrayıl ADA Universitetini qırmızı diplomla bitirib. O, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi daxil olmaqla bir sıra nüfuzlu qurumlarda təcrübə proqramlarında iştirak edib və ADA Universitetində fəaliyyət göstərib.Nübar Fransada siyasi elmlər üzrə təhsil alıb, tədqiqat işini isə 2025-ci ildə "University College London" universitetində keçirilən "XI ICCEES World Congress" çərçivəsində təqdim edib.Beş xarici dil bilən Nübar Cəbrayılın IELTS nəticəsi 9 üzərindən 8.5-dir. O, gələcəkdə Azərbaycanın ətraf mühit iqtisadiyyatı sahəsində tədqiqatlar aparmağı planlaşdırır.