Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.
Avropa öz tarixində ən ciddi iqtisadi böhranlardan birinə yaxınlaşır. Dünya ciddi enerji böhranı ilə üz-üzədir. Avropa böyük təhlükə altındadır. Yeganə çıxış yolu Rusiya energetikasına qarşı tətbiq edilən sanksiyaların ləğvidir. Dərhal!
Axar.az xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban X hesabında polşalı həmkarı Donald Tuskun paylaşımına reaksiya verərkən yazıb.
“Biz Putin haqqında yox, öz ölkəmiz və xalqlarımız haqqında düşünməliyik. Müharibəni qızışdırmaq əvəzinə, öz ölkəni sev və xilas et, Donald!”, – deyə V.Orban bildirib.
Qeyd edək ki, Tusk sözügedən paylaşımda Macarıstanın Ukrayna üçün 90 milyard avroluq kreditin qarşısını aldığını yazıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.