AZ

“Kristal Abşeron”dan şikayət KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Sumqayıtda “Kristal Abşeron” MTK-dan şikayət var.

KONKRET.az xəbər verir ki, Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, Sülh prospektində “Kristal Abşeron” tərəfindən inşa edilən yeni binaların sakinləri artıq 5 aydır çıxılmaz vəziyyətdə qalıblar.

Bildirilib ki, binalarda təmir-tikinti işləri tam yekunlaşsa da, mənzil sahiblərinə hələ də açarlar təhvil verilmir. Sakinlərin sözlərinə görə, şirkət rəhbərliyi hər dəfə eyni bəhanəni irəli sürür.

“Kanalizasiya xətlərinin ana xəttə qoşulması prosesi gedir, gözləyin”.

Lakin sakinlər qeyd edirlər ki, bu “gözləyin” vədi artıq yarım ildir davam edir və problem hələ də həllini tapmayıb. Onların sözlərinə görə, tikinti zamanı kanalizasiya layihəsinin əvvəlcədən planlaşdırılmaması sual doğurur.

“Bina tikilənə qədər kanalizasiya infrastrukturunun layihələndirilməsi və qoşulması niyə təmin edilməyib? 5 ay ərzində bir xətti ana sistemə qoşmaq bu qədərmi çətindir, yoxsa başqa səbəblər var?”, – deyə sakinlər narazılıqlarını ifadə ediblər.

Sumqayit24.az-ın sorğusuna “Kristal Abşeron”un İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, məsələ nəzarətdə saxlanılır və aidiyyəti dövlət qurumları ilə prosedurlar çərçivəsində işlər davam etdirilir.

Qeyd olunub ki, binalarda tikinti işləri əsasən başa çatsa da, mənzillərin təhvili yalnız bütün mühəndis-kommunikasiya sistemləri, xüsusilə kanalizasiya xətləri şəhərin mərkəzi sisteminə tam və rəsmi qoşulduqdan sonra mümkündür. Hazırda bu istiqamətdə texniki və inzibati proseslər tamamlanma mərhələsindədir. Bildirilib ki, proseslər bəzi hallarda şirkətdən asılı olmayan səbəblərlə uzansa da, işlərin sürətləndirilməsi üçün zəruri addımlar atılıb.

Şirkət həmçinin qeyd edib ki, cari ayın sonundan etibarən mənzillərin qanunvericiliyə uyğun şəkildə mərhələli təhvil verilməsi planlaşdırılır və müştəri məmnuniyyəti əsas prioritet olaraq qalır.

@sumqayit24.azSumqayıtda “Kristal Abşeron” MTK-dan şikayət var. Sumqayit24.az-a müraciət edən vətəndaşların sözlərinə görə, Sülh prospektində “Kristal Abşeron” tərəfindən inşa edilən yeni binaların sakinləri artıq 5 aydır çıxılmaz vəziyyətdə qalıblar. Bildirilib ki, binalarda təmir-tikinti işləri tam yekunlaşsa da, mənzil sahiblərinə hələ də açarlar təhvil verilmir. Sakinlərin sözlərinə görə, şirkət rəhbərliyi hər dəfə eyni bəhanəni irəli sürür. “Kanalizasiya xətlərinin ana xəttə qoşulması prosesi gedir, gözləyin”. Lakin sakinlər qeyd edirlər ki, bu “gözləyin” vədi artıq yarım ildir davam edir və problem hələ də həllini tapmayıb. Onların sözlərinə görə, tikinti zamanı kanalizasiya layihəsinin əvvəlcədən planlaşdırılmaması sual doğurur. “Bina tikilənə qədər kanalizasiya infrastrukturunun layihələndirilməsi və qoşulması niyə təmin edilməyib? 5 ay ərzində bir xətti ana sistemə qoşmaq bu qədərmi çətindir, yoxsa başqa səbəblər var?”, – deyə sakinlər narazılıqlarını ifadə ediblər. Sumqayit24.az-ın sorğusuna “Kristal Abşeron”un İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, məsələ nəzarətdə saxlanılır və aidiyyəti dövlət qurumları ilə prosedurlar çərçivəsində işlər davam etdirilir. Qeyd olunub ki, binalarda tikinti işləri əsasən başa çatsa da, mənzillərin təhvili yalnız bütün mühəndis-kommunikasiya sistemləri, xüsusilə kanalizasiya xətləri şəhərin mərkəzi sisteminə tam və rəsmi qoşulduqdan sonra mümkündür. Hazırda bu istiqamətdə texniki və inzibati proseslər tamamlanma mərhələsindədir. Bildirilib ki, proseslər bəzi hallarda şirkətdən asılı olmayan səbəblərlə uzansa da, işlərin sürətləndirilməsi üçün zəruri addımlar atılıb. Şirkət həmçinin qeyd edib ki, cari ayın sonundan etibarən mənzillərin qanunvericiliyə uyğun şəkildə mərhələli təhvil verilməsi planlaşdırılır və müştəri məmnuniyyəti əsas prioritet olaraq qalır. #sumqayit #sumqayit24 #sumqayitxeber #sumqayitlilar #kristalabşeron #şikayət #ev #təhvil♬ original sound – sumqayit24.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
50
konkret.az

10Mənbələr