AZ

İran Gürcüstana xəbərdarlıq etdi

İranın Gürcüstandakı səfiri Seyid Əli Mucani ABŞ-la bağlı xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsində paylaşım edib.  

“Öz hava məkanını və ərazisini xarici müdaxilələr üçün açanlara bu, baha başa gələcək”, – deyə, o bildirib.

Paylaşımda konkret olaraq hansı hadisənin nəzərdə tutulduğu açıqlanmasa da, bəyanatın regionda artan gərginlik fonunda Gürcüstana xəbərdarlıq olaraq verildiyi ehtimal olunur.

Bizim.Media

Seçilən
45
4
bizim.media

5Mənbələr