AZ

"Kişilərdən ibarət milli komandamız çətin sınaqdan keçdi" - Rövşən Nəcəf

"Cənab Prezident İlham Əliyevin dəstəyini hiss etdik".

Bu sözləri AFFA-nın Hesabat konfransında qurumun prezidenti Rövşən Nəcəf deyib. Onun fikirləri:

"Kİşilərdən ibarət milli komandamız çətin sınaqdan keçdi. Bunu yenilənmə mərhələsi kimi qiymətləndiririk. Ayxan Abbasova milli komandada işləmək təklifini qəbul etdiyi üçün təşəkkür edirəm. Millimiz oyun baxımından inkişaf edib. "FİFA Series" yığmamızın əzmkarlıq göstərməsi ilə qələbə ilə yekunlaşdı. İnanırıq ki, bundan sonra da tez-tez qələbə qazanacağıq. Qadınlardan ibarət millimiz də uğurlu oldu. Misli premyer-liqasında klub sayı 12-ə çatdı. Bu da rəqabətə gətirib çıxardı. “Qarabağ” ÇL-də qitənin nəhəng klublarına layiqli mübarizə apararaq Azərbaycan futbolunda növbəti dəfə tarix yazdı. Bizə bu hissləri yaşatdığına görə “Qarabağ”a, xüsusilə Qurban müəllimə təşəkkür edirəm. U-20 millimiz kişilər arasında DÇ-yə ev sahibliyi edəcək. İlham Əliyevin də dediyi kimi: Bu Avropa və Asiyanı birləşdirən nailiyyətdi”.
Seçilən
1
1
football-plus.az

3Mənbələr