Redaktor.az saytına istinadən ain.az xəbər verir.
Yumurta sarısında olan xolesterin zərərli deyil, əksinə orqanizm üçün faydalıdır.
Redaktor.az xəbər verir ki, bu barədə qidalanma üzrə mütəxəssis Yelena Yelizarova aif.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, uzun illər yumurta sarısının tərkibindəki xolesterinə görə zərərli olduğu düşünülürdü. Lakin əslində xolesterin orqanizm üçün vacib maddədir — o, bəzi hormonların sintezində iştirak edir və hüceyrə membranlarının əsas tərkib hissələrindən biridir.
Mütəxəssis qeyd edib ki, yumurtada xolesterinlə yanaşı lesitin də mövcuddur və bu iki maddənin nisbəti yağ mübadiləsinin tənzimlənməsinə kömək edir.
Həkimin sözlərinə görə, gündə 1–1,5 ədəd yumurta istehlakı tövsiyə olunur. O vurğulayıb ki, toyuq yumurtası həm hazırlanması asan, həm də əksər insanlar üçün gündəlik rasionda istifadə edilə bilən faydalı qidadır. Əsas şərt isə ölçünü qorumaq və orqanizmin fərdi xüsusiyyətlərini nəzərə almaqdır.
Aytəkin TOFİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.