ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hörmüz boğazı konfransının iştirakçıları İsrail-ABŞ əməliyyatı davam etdiyi bir vaxtda hərbi qüvvələrini bölgəyə göndərmək istəmirlər.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Böyük Britaniyanın sədrliyi ilə keçirilən konfrans videokonfrans vasitəsilə təşkil olunub. Konfransda ümumilikdə 41 ölkə iştirak edib və onların liderləri münaqişədə atəşkəs əldə olunana qədər hərbi əməliyyatlara əl atmaq niyyətində olmadıqlarını bildirib.
Məlumata görə, videokonfrans zamanı boğazdan gündəlik keçən tankerlərin sayının 150-dən 10-20-yə düşdüyü açıqlanıb.
İştirakçı ölkələrdən birinin nümayəndəsi "Politico"ya bildirib ki, Hörmüz boğazı ilə bağlı Qara Dəniz Təşəbbüsü modelindən istifadə müzakirə olunmayıb, lakin öyrəniləcək dərslər var.
Böyük Britaniya Xarici İşlər Nazirliyi konfransdan sonra bəyanat yayaraq iştirakçıların İranın Hörmüz boğazından keçid üçün rüsum almaq ideyasını rədd etdiklərini vurğulayıb.
Aminə ŞAHSUVARQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.