Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İranın Strateji Xarici Əlaqələr Şurasının rəhbəri Kamal Xaraziyə və onun həyat yoldaşına qarşı həyata keçirilən hücuma cavab olaraq, Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ şirkətinə məxsus infrastruktur hədəfə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu açıqlama yayıb.
Qeyd olunub ki, ABŞ-nin “Oracle” şirkətinə aid məlumat mərkəzi və İT infrastrukturu hədəf seçilib.
Bildirilir ki, bundan əvvəl general Fətəli Zadəyə qarşı törədilmiş sui-qəsdə cavab olaraq ABŞ-nin “Amazon” şirkətinin bulud hesablama infrastrukturu məhv edilib.
İran tərəfi vurğulayıb ki, ölkə vətəndaşlarına qarşı həyata keçirilən hücumlara cavab olaraq, ABŞ və İsrail ittifaqı ilə əlaqəli hesab edilən informasiya texnologiyaları və süni intellekt sahəsində fəaliyyət göstərən qurumlar hədəf alınacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.