AZ

Azərbaycan Kubokunda yarımfinal oyunları başlayır

Yazını böyüt
Yazını kiçilt

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk matçları keçiriləcək.

Hafta.az xəbər verir ki, günün ilk oyununda “Turan Tovuz” “Zirə” ilə qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:30-da başlayacaq.

Digər görüşdə isə kubokun son sahibi “Sabah” "Qarabağ"ın qonağı olacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək.

Xatırladaq ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-22-də keçiriləcək.

Seçilən
4
1
hafta.az

8Mənbələr