AZ

Hansı partiya sədrləri “TikTok” istifadə edir?

Müasir dünyada sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib.

Artıq demək olar ki, hər şeyi sosial şəbəkələrdən axtarırıq. Hətta xəbərləri belə sözügedən platformalardan oxuyuruq. Yəni sosial şəbəkələrdə çox böyük bir kütlə var. Hətta orada paylaşılan məlumatlar bir anda ölkə gündəmini zəbt edə bilir. Ona görə siyasətçilər də bu platformalardan aktiv istifadə edirlər. 


Xüsusilə son illərdə ölkəmizdə “TikTok” istifadə edənlərin sayı durmadan artmaqdadır. O artıq Azərbaycanda gündəlik ən çox istifadə olunan sosial şəbəkəyə çevrilib. Lakin bu platformaya qarşı münasibət birmənalı deyil. Bu səbəbdən də “TikTok”u istifadə edənlərlə yanaşı, ona qarşı çıxanlar da kifayət qədər çoxdur. Siyasətçilər də eynən belə düşünürlər. Çünki partiya sədrlərininin bəziləri aktiv “TikTok” istifadəçisi olsa da, bir çoxu ümumiyyətlə sözügedən platformanı istifadə etmir.

Hit.az ölkəmizdəki partiya sədrlərinin “TikTok” hesabı olub-olmadığını araşdırıb:

Aktiv “TikTok” hesabı olan partiya sədriləri kimlərdir?


•    Azad Vətən Partiyasının sədri Akif Nağı
•    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı
•    Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə 
•    Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev 
•    Ana Vətən Partiyasının sədri Günay Ağamalı
•    Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə
•    AĞ Partiya sədri Tural Abbaslı
•    Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev.

Bəs “TikTok” hesabı olmayan partiya sədrləri kimlərdir?

•    Müsavat Partiyasının sədri İsa Qəmbər
•    Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu
•    Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev
•    Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev
•    Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev
•    Demokratik İslahatlar Partiyası sədri Asim Mollazadə
•    Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa
•    Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev
•    Real Partiyasının sədri Natiq Cəfərli
•    Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu
•    Haqq Ədalət Partiyasının sədri Əli İnsanov
•    Yeni Zaman Partiyasının sədri Musa Ağayev
•    Ədalət Partiyasının sədri Mütəllim Rəhimli
•    Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu
•    Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi.

Elmir Mustafa

Seçilən
8
hit.az

1Mənbələr